
- A-
- A
- A+
Cəmiyyət
08:59 / 19.09.2022
Gədəbəydə gənc oğlan atdan yıxılaraq ölüb
Hazırda oxunan: Gədəbəydə gənc oğlan atdan yıxılaraq ölüb
94487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gədəbəy rayonunda bədbəxt hadisə baş verib. 21 yaşlı gənc oğlan atdan yıxılaraq ölüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun "Mal bazarı" adlanan ərazisində Gədəbəy rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Abbasov atla hərəkətdə olan zaman at hürküb.
O, yaxınlıqdan keçən minik avtomobilinə çırpılıb. Nəticədə gənc yıxılaraq ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































