Bərdə rayonunda atasını qətlə yetirməkdə ittiham olunan 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rovan Əkbərlinin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
İttihama görə, hadisə bu il mayın 29-da saat 23 radələrində Bərdə rayonunun Mirzəcəfərli kəndində baş verib.
Kənan şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yaşadıqları evə atası, 1970-ci il təvəllüdlü Buludu öv tüfəngindən açdığı atəş nəticəsində öldürüb. Hadisə zamanı Kənan sərxoş olub. Onun əvvəllər məhkum olunduğu məlum olub. İstintaq orqanı tərəfindən K.Fərzəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:51 / 14.09.2022
Bərdədə atasını öldürən 22 yaşlı gəncin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: Bərdədə atasını öldürən 22 yaşlı gəncin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: Bərdədə atasını öldürən 22 yaşlı gəncin MƏHKƏMƏSİ BAŞLAYIR
93788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.