Şəhid Ümid Həsənov Qubada torpağa tapşırıldı - FOTO/VİDEO

Şəhid Ümid Həsənov Qubada torpağa tapşırıldı - FOTO/VİDEO

Hazırda oxunan: Şəhid Ümid Həsənov Qubada torpağa tapşırıldı - FOTO/VİDEO

93737

21 yaşlı şəhid Ümid Həsənovun cənazəsi bu gün doğulduğu Quba rayonuna gətirilib. 

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, şəhidin nəşi Quba rayonunun girəcəyində təntənə ilə qarşılandıqdan sonra İsnovqışlaq kəndindəki ata evinə gətirilib.

Şəhidin evində keçirilən vida mərasimində rayon rəsmiləri, hərbçilər, sakinlər iştirak ediblər.  

Şəhid Ümidin anası yeganə oğlunun vida görüşündə iştirakçılara təsirli anlar yaşadıb. Ana oğlunu yetimliklə 5 yaşından özü böyütdüyünü deyərək, onun arzusuna çatdığını bildirib: 

"Süd satıb uşaq böyütdüm. Arzusu hərbçi olmaq idi. Saxlaya bilmədim, hərbçi oldu, şəhid olmaq arzusuna da çatdı. Yenə təsəllim odur ki, Vətən üçün getdi balam".  

Qubadan seçilmiş millət vəkili Vahid Əhmədov anaya başsağlığı verib. 

Quba İH başçısı Ziyəddin Əliyev Məxburə Həsənovaya belə vətənpərvər övlad böyütdüyü üçün təşəkkür edib, dövlətin həmişə onun yanında olacağını qeyd edib. O deyib ki, Şanlı Ordumuz 50 şəhidin qisasını yetərincə alıb və alacaq.

Şəhid maxe Ümid Həsənovun nəşi geniş insan kütləsinin müşayiəti ilə İsnovqışlaq kənd qəbristanlığına aparılıb və atasının, əmisinin yanında böyük coşqu ilə torpağa tapşırılıb.  

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO