Sentyabrın 13-də ölkə ərazisində qeydə alınan 101, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Bizim.Media-ya DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Həmçinin, narkotiklərlə əlaqəli 64, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:34 / 14.09.2022
DİN-dən ƏMƏLİYYAT – 83 nəfər SAXLANILDI
Hazırda oxunan: DİN-dən ƏMƏLİYYAT – 83 nəfər SAXLANILDI
Hazırda oxunan: DİN-dən ƏMƏLİYYAT – 83 nəfər SAXLANILDI
93719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.