Son iki gündə 158 cinayətkar SAXLANILDI

Son iki gündə 158 cinayətkar SAXLANILDI

Hazırda oxunan: Son iki gündə 158 cinayətkar SAXLANILDI

93296

Sentyabrın 10-u və 11–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 176-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 14-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.    

Bizim.Media xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin məlumatında bildirilir.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Həmçinin bildirilib ki, narkotiklərlə əlaqəli 128, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 158 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO