Qızıl Xaç Cəmiyyətinin əməkdaşları Azərbaycanda saxlanılan erməni məhbuslara baş çəkib

Qızıl Xaç Cəmiyyətinin əməkdaşları Azərbaycanda saxlanılan erməni məhbuslara baş çəkib

Hazırda oxunan: Qızıl Xaç Cəmiyyətinin əməkdaşları Azərbaycanda saxlanılan erməni məhbuslara baş çəkib

93223

Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Bakı ofisinin nümayəndələri Azərbaycanda saxlanılan erməni məhbuslara baş çəkiblər.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.

"Erməni məhbuslara növbəti səfər avqustun sonu - sentyabrın əvvəlində baş tutub", - Amatuni bildirib.

Onun sözlərinə görə, məhkumlara əvvəlki kimi yaxınları ilə əlaqə saxlamaq - məktublar göndərmək, telefonla danışmaq və video zənglər etmək imkanı yaradılıb.

Amatuni qeyd edib ki, bu cür “ziyarətlərin” məqsədi məhkumların səhhəti və saxlanma şəraiti ilə bağlı vəziyyəti öyrənmək, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı yaratmaqdır.

Xatırladaq ki, sentyabrın 8-də axşam saatlarında Azərbaycan 2020-ci ilin dekabrında əsir götürdüyü 5 hərbi əsiri Ermənistana təhvil verib.

Beləliklə, Bakıda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin sayı 33 nəfərdir. Rəsmi İrəvan isə bu rəqəmin daha çox olduğunu iddia edir. Hüquq müdafiəçilərinin məlumatına görə, Azərbaycanın əsirliyində 80 nəfər var. Eyni zamanda, 44 günlük müharibədən sonra Ermənistanda 303 nəfər itkin düşmüş hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO