Azərbaycanda evdən qaçan qadını atası taparaq öldürdü - RƏSMİ

Azərbaycanda evdən qaçan qadını atası taparaq öldürdü - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda evdən qaçan qadını atası taparaq öldürdü - RƏSMİ

92584

Sentyabrın 7-i saat 09 radələrində Ağsu Rayon Polis Şöbəsinə Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın itkin düşməsi ilə bağlı müraciət olunub. Onun sentyabrın 2-də Bakı-Sumqayıt avtomobil yolunda itkin düşdüyü bildirilir.

Daha sonra isə onun üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Abşeron rayon prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO