
- A-
- A
- A+
Narkotik çəkib avtomobil sürən şəxs HƏBS EDİLDİ
Cəlilabadda narkotik vasitənin təsiri altında olan sürücü həbs edilib.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində hərəkətdə olan “Vaz 21074” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” əmri verilib.
Bu zaman həmin nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini E.Dilavərovun sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib.
Eyni zamanda həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən E.Dilavərovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Həmin şəxsin barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































