"Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsində yamacdan torpaq tökülməsi sürüşmə deyil".
Bunu Bizim.Media-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
Onun sözlərinə görə, 2,5 metr hündürlüyü olan yamacın üst hissəsində yerləşən həyət evində suvarma nəticəsində kiçik torpaq çıxıntı sahəsi qopub yola tökülüb.
"Bu hadisəyə torpaq sürüşməsi demək düzgün deyil. Sadəcə kiçik bir hissədə torpaq uçqunu baş verib. Artıq müvafiq qurum tərəfindən hadisənin nəticələri aradan qaldırılıb. Həmin ərazidə lokal da olsa kiçik uçma proseslərinin inkişaf dinamikası yoxdur", - deyə Xidmət rəisi bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:06 / 29.08.2022
"Bakıda baş verən hadisə torpaq sürüşməsi deyil" - RƏSMİ
Hazırda oxunan: "Bakıda baş verən hadisə torpaq sürüşməsi deyil" - RƏSMİ
Hazırda oxunan: "Bakıda baş verən hadisə torpaq sürüşməsi deyil" - RƏSMİ
90924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.