Tovuzda qəzada sürücü və azyaşlı öldü - 2 nəfər xəsarət aldı - YENİLƏNİB

Tovuzda qəzada sürücü və azyaşlı öldü - 2 nəfər xəsarət aldı - YENİLƏNİB

Hazırda oxunan: Tovuzda qəzada sürücü və azyaşlı öldü - 2 nəfər xəsarət aldı - YENİLƏNİB

90809

Tovuzda baş verən qəzada ölənlərin sayı 2 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü İsmayılzadə Müşviq də həkimlərin səyinə baxmayaraq həyatını itirib.

Xatırladaq ki, Tovuzda baş verən qəzada ölən azyaşlının kimliyi məlum olub. Qəza zamanı "VAZ 2107" markalı minik avtomoblinin sərnişini 2011-ci il təvəllüdlü Mustafayev Fərid Yaşar oğlu həyatını itirib.

14:36

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb, bir azyaşlı hadisə yerində ölüb. Apa.az-ın məlumatına görə, hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO