Pedaqoji heyətin ümumi sayı təxminən 129 min nəfərdir.
Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, 6 saata qədər çalışan müəllimin orta maaşı 150 manat, 10 faiz əlavə olduqda 165, 35 faiz əlavə olduqda isə 203 manat təşkil edəcək.
Eyni zamanda, 6 saatdan 12 saata qədər dərs yükü olan müəllimlərin orta maaşı 310, 10 faiz əlavə ilə 340, 35 faiz əlavə ilə isə 420 manat olacaq:
"12-18 saat aralığında dərs yükü olan müəllimlərə gəlincə, onların orta maaşı 535 manatdır. 10 faiz əlavə ilə 590, 35 faiz əlavə tətbiq edildikdə isə 720 manat təşkil edəcək. 18-24 saat aralığında dərs yükü olanların orta əməkhaqqı 755 manatdır.
10 faiz əlavə tətbiq edildikdə 830, 35 faiz əlavə olduqda isə 1020 manat alacaqlar. Eyni zamanda, 24 saatdan artıq dərs yükü olanların əməkhaqqı 1100 manatdır. 10 faiz əlavə olduqda 1210, 35 faiz əlavə tətbiq edildikdə isə 1485 manat əməkhaqqı alacaqlar".
Qeyd edək ki, sertifikasiya ilk olaraq ibtidai sinif müəllimləri arasında aparılacaq. Hazırda ölkənin ümumtəhsil məktəblərində 36,5 min ibtidai sinif müəllimi çalışır.
Onların 1279-nun 6 saata qədər, 4030-nun 6-12 saat, 7360-nın 12-18 saat, 16105-nin isə 18-24 saat aralığında dərs bölgüsü var. 2000-2010-cu illərdə 12867 ibtidai sinif müəllimi işə qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:16 / 23.08.2022
Pedaqoji heyətin ÜMUMİ SAYI açıqlandı
Hazırda oxunan: Pedaqoji heyətin ÜMUMİ SAYI açıqlandı
Hazırda oxunan: Pedaqoji heyətin ÜMUMİ SAYI açıqlandı
89960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.