Dələduzlar bankların logo və adlarından istifadə etməklə oxşar səhifələr yaradır və kart məlumatlarını ələ keçirirlər.
Bununla bağlı Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi xəbərdarlıq yayıb. Mərkəz onlayn ödənişlər həyata keçirən vətəndaşları diqqətli olmağa çağırıb.
Hüquqşünas-ekspert Əkrəm Həsənov Bizim.Media-ya qeyd olunan məsələni iki məqamla əsaslandırıb:
MÖVZU İLƏ BAĞLI:
Ödəmə aparatlarının təhlükəsizliyi necə qorunur? - FƏRQLİ FİKİRLƏR VAR
“Birincisi, Azərbaycanda təssüf ki, müştərilərin əksəriyyəti öz bank kartlarının göstəricilərini başqa şəxslərə verirlər. Bu artıq onların öz günahıdır. İkincisi, bankın öz işçiləri də belə qanunsuzluqlar edirlər. Belə fakt varsa, həmin bank əməkdaşları məsuliyyətə cəlb olunmalıdır”.
Ekspert əlavə edib ki, bəzən nəinki Azərbaycanda, dünyada da belə halların üstü açılanda banklar bunu ört-basdır etməyə çalışırlar:
“Çünki bankın adına xələl gəlməsi və müştərilərinin azalacağı ilə əlaqələndirirlər. Qanunvericiliyimiz tam əsas verir ki, müvafiq orqanlarımız belə hallara qarşı mübarizə aparsınlar”.
Alçina Amilqızı, Bizim.Media