Elektrik stansiyasında partlayış - TOVUZDA İŞIQLAR SÖNÜB

Elektrik stansiyasında partlayış - TOVUZDA İŞIQLAR SÖNÜB

Hazırda oxunan: Elektrik stansiyasında partlayış - TOVUZDA İŞIQLAR SÖNÜB

87964

Tovuz rayonunda elektrik stansiyasında partlayış baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, partlayışdan sonra yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. 

Yanğın qısa zamanda söndürülsə də, hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.

Yanğının nəticələri aradan qaldırıldıqdan sonra enerjinin verilməsi bərpa olunacaq.

Partlayışın və yanğının baş vermə səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO