DİN-dən Səfər Mehdiyevi saxlayan polislərin işdən çıxarılması iddialarına AÇIQLAMA 

DİN-dən Səfər Mehdiyevi saxlayan polislərin işdən çıxarılması iddialarına AÇIQLAMA 

Hazırda oxunan: DİN-dən Səfər Mehdiyevi saxlayan polislərin işdən çıxarılması iddialarına AÇIQLAMA 
87893
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya bildirib ki, yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddiaları əsassızdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Səfər Mehdiyevi saxlayan polis işdən çıxarıldı - VİDEO


“Həmin məlumatlar həqiqəti əks etdirmir”, - DİN rəsmisi vurğulayıb. 

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib. 

Bu gün isə həmin yol polislərinin polislərin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumatlar yayılmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO