Kəlbəcərdə şəhid olan zabitimiz dəfn edildi - FOTO

Kəlbəcərdə şəhid olan zabitimiz dəfn edildi - FOTO

Hazırda oxunan: Kəlbəcərdə şəhid olan zabitimiz dəfn edildi - FOTO

87317

Ötən gün Kəlbəcərdə minaya düşərək şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin cənazəsi bu gün doğulduğu Naxçıvan Muxtar Respublikasına gətirilib.

Bizim.Media xəbər verir ki, hava limanında şəhidin cənazəsini yüzlərlə Naxçıvan sakini, Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov və diğər rəsmilər qarşılayıblar.

MÖVZU İLƏ BAĞLI:

Ötən gün Kəlbəcərdə minaya düşən hərbçimizlə bağlı YENİ XƏBƏR


Avtomobillərin müşayiəti ilə şəhidin nəşi doğulduğu Culfa rayonunun Ləkətağ kəndinə gətirilib. Kənd qəbristanlığında şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, C.Naxçıvanski adına Hərbi Liseyi bitirən Babək Əliyev 2020-ci ildən bölük komandiri kimi hərbi qulluğa başlayıb.

Mərhum 3 bacının tək qardaşı idi. O, bir müddət öncə nişanlanmışdı, yaxın günlərdə toyu olacaqdı.

Aytəkin Alxaslı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO