
- A-
- A
- A+
Moskvanın 46 müəssisəsi öz məhsullarını Bakıda təqdim edəcək
Moskva İxrac Mərkəzi (MİM) Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi ilə birgə 19-21 oktyabr tarixlərində “BakuBuild” beynəlxalq sərgisində iştirak etmək üçün Moskva müəssisələrinin müraciətlərinin onlayn müzakirəsini keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ticarət Nümayəndəliyi yayıb.
Mənbə yazır ki, müxtəlif məhsul və xidmətlər (kompozit materiallardan hazırlanmış məhsullar, qapılar və mebellər, lampalar, keramika məhsulları, ağıllı domofonlar və taxta konstruksiyalar) təklif edən 46 Moskva şirkəti sərgidə iştiraka maraq göstərib.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapovun sözlərinə görə, Moskva istehsalçılarının “BakuBuild” sərgisində iştirakı Azərbaycan inşaatçılarının ehtiyaclarına uyğun yeni texnologiyalar və materialların nümayişi üçün əla fürsət olacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































