
- A-
- A
- A+
Cəmiyyət
17:43 / 21.07.2015
Müəllim olmaq istəyənlər - İmtahan başladı
Hazırda oxunan: Müəllim olmaq istəyənlər - İmtahan başladı
86716
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün Azərbaycanda ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları başlayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Moderator.az - a verilən xəbərə görə, 21-29 iyul tarixlərində aparılacaq imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcək.
Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 24 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 795 nəfərin ərizəsi qəbul olunub. Müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimidir.
Elektron ərizə verənlərin fənlər üzrə təsnifatına görə, 6 440 nəfər (29,54 faiz) ibtidai sinif, 2 971 nəfər (13,63 faiz) Azərbaycan dili və ədəbiyyat, 2 354 nəfər (10,80 faiz) ingilis dili, 1 916 nəfər (8,79 faiz) riyaziyyat, 1 260 nəfər (5,78 faiz) tarix, 1 152 nəfər (5,28 faiz) informatika, 974 nəfər (4,46 faiz) fiziki tərbiyə, 954 nəfər (4,37 faiz) coğrafiya , 804 nəfər (3,68 faiz) biologiya, 778 nəfər (3,56 faiz) fizika, 665 nəfər (3,05 faiz) kimya, 475 nəfər (2,17 faiz) texnologiya, 289 nəfər (1,32 faiz) təsviri incəsənət, 211 nəfər (0,96 faiz) musiqi, 180 nəfər (0,82 faiz) rus dili, 151 nəfər (0,69 faiz) rus dili və ədəbiyyatı, 118 nəfər (0,54 faiz) fransız dili, 103 nəfər (0,47 faiz) alman dili müəllimidir.
Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər aşağıdakı şəhər və rayonlar üzrə olub: Bakı şəhəri üzrə 351 yer (10,14 faiz), Cəlilabad rayonu üzrə 202 yer (5,83 faiz), Laçın rayonu üzrə 180 yer (5,20 faiz), Quba rayonu üzrə 172 yer (4,96 faiz), Lerik rayonu üzrə 165 yer (4,76 faiz).
Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti (19 911 nəfər, 91,36 faiz) 35 yaşadək gənclərdir. Namizədlərin 1 661 nəfəri (7,62 faiz) 35-50 yaş, 223 nəfəri (1,02 faiz) 50-65 yaş arasındadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































