"Azəriqaz" 137 mindən artıq mənzilə texniki baxış keçirib

Hazırda oxunan: "Azəriqaz" 137 mindən artıq mənzilə texniki baxış keçirib

86118
Bu ilin ilk yarısında Azərbaycanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz”x9d İstehsalat Birliyi tərəfindən 137 123 mənzilə texniki baxış keçirilib.

SOCAR-dan Moderator.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”x9dna uyğun olaraq “Azəriqaz”x9d İB-nin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən bu ilin yanvar-iyun aylarında 137 123 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib.

Qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz”x9d istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO