116 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

116 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

Hazırda oxunan: 116 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

85891

2022-ci ilin I yarımilində elmi dərəcə və elmi ad verilmiş və ya verilməsindən imtina edilmiş, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınmış və ya tanınmasından imtina edilmiş iddiaçıların elm sahələri üzrə sayı barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından Bizim.Media-ya verilən məlumata görə, bu müddət ərzində 230 nəfərə fəlsəfə doktoru, 34 nəfərə elmlər doktoru adı verilib.

116 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. 127 nəfərə dosent, 15 nəfərə isə professor elmi adı verilib.

15 nəfərə elmi ad verilməsindən imtina edilib.

20 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb, 6 nəfərin sənədinin tanınmasına isə imtina cavabı verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO