Sabiq vəzifəli şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR 

Sabiq vəzifəli şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR 

Hazırda oxunan: Sabiq vəzifəli şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR 

85855

Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının sabiq müdiri Xalidə Ağayevanın sübutları saxtalaşdırması faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Biləsuvar rayon prokurorluğu yayıb.

Mənbə qeyd edir ki, aparılmış istintaqla Xalidə Ağayevanın Biləsuvar rayon məhkəməsində baxılan mülki iş üzrə öz xeyrinə qətnamə çıxarılmasının təmin edilməsi məqsədi ilə Abşeron rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsinə uydurma məlumatlar daxil edib Biləsuvar rayon məhkəməsinə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Xalidə Ağayevaya Cinayət Məcəlləsinin 294.1-ci (mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Biləsuvar rayon məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO