2 saylı Sumqayıt \

2 saylı Sumqayıt \"ASAN xidmət\" mərkəzi fəaliyyətə başladı

Hazırda oxunan: 2 saylı Sumqayıt \"ASAN xidmət\" mərkəzi fəaliyyətə başladı

84754

2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Sumqayıt şəhərində ikinci, ümumilikdə ölkə üzrə 24-cü mərkəzdir.

Hazırda fəaliyyət göstərən 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi bir gün ərzində 3 minə qədər vətəndaşa xidmət edir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi inşa edilib.

Ümumilikdə, “ASAN xidmət” mərkəzlərində bu günədək 54 milyona yaxın müraciət əsasında xidmət göstərilib.

Mərkəz Sumqayıt şəhərində dənizkənarı bulvara inteqrasiya edilmiş və onunla vəhdət təşkil edir.

Mərkəz üçün ayrılan 1,85 ha ərazidə 4 mərtəbəli inzibati bina, fəvvarə, yerüstü 2 avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançası yaradılıb. Fasadlarda müasir texnologiyalardan istifadə edilib.

Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 325 xidmət həyata keçiriləcəkdir.

Mərkəzdə xidmət edən digər dövlət orqanları da daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü fəaliyyət göstərəcək.

Mərkəzin Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan, ümumilikdə 700 minə yaxın vətəndaşa xidmət göstərməsi nəzərdə tutulur. Eyni zamanda Mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcəkdir.
2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi açılış üçün hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO