
- A-
- A
- A+
Cəmiyyət
10:09 / 21.07.2022
Xəzər dənizində ölən qızlar nazirliyin əməkdaşının övladlarıdır
Hazırda oxunan: Xəzər dənizində ölən qızlar nazirliyin əməkdaşının övladlarıdır
84680
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.
MÖVZU İLƏ BAĞLI:
Nardaranda azyaşlı bacılar dənizdə batdı - FOTO
Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.
Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.
Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.
Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































