Tovuzda tanışını qətlə yetirən şəxs saxlanıldı

Tovuzda tanışını qətlə yetirən şəxs saxlanıldı

Hazırda oxunan: Tovuzda tanışını qətlə yetirən şəxs saxlanıldı

83546

İyulun 11-i saat 23 radələrində Tovuz rayon sakini 1988-ci il təvəllüdlü Nizami Vəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Tovuz rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1983-cü il təvəllüdlü Vüsal Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Nizami Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Vüsal Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO