Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və mediada əhalinin kreditlərinin banklar tərəfindən bağışlanacağına dair məlumatlar dolaşır. Yayılan xəbərlərdə ölkə prezidenti tərəfindən banklara 5000 - ə qədər borcu olan vətəndaşların borcunun bağışlanacağı bildirilib.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Mərkəzi Bankın Ümumi Qanunvericilik Şöbəsinin keçmiş rəisi, vəkil Əkrəm Həsənov bildirib ki, deyilənlər daha çox şayiəyə bənzəyir:
“Bu haqda heç bir rəsmi qurum məlumat yaymayıb, yayılan məlumatlar daha çox şayiəyə oxşayır. Əlbəttə, yaxşı olardı ki, bu hadisə reallığa çevrilsin. Amma olsa belə müəyyən məhdudiyyətlər çərçivəsində olacaq. Güzəştlər əsasən aztəminatlılara aid olacaq, krediti tam deyil, qismən silinəcək və ya yalnız faizlər silinəcək”x9d
Xəyal Əzizov







































































































