Paytaxtda 42 qanunsuz heyvan satışı məntəqəsi aşkarlanaraq ləğv edildi

Hazırda oxunan: Paytaxtda 42 qanunsuz heyvan satışı məntəqəsi aşkarlanaraq ləğv edildi

82932

Qurban bayramı ilə əlaqədar müəyyənləşdirilən yerlərdən kənarda qanunsuz heyvan satışının qarşısını almaq üçün Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və yerli icra orqanlarının nümayəndələri monitorinqlər aparırlar.

Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət 52 monitorinq qrupu yaradılıb və 400 dən çox əməkdaş Qurban bayramı günlərində kəsim və satış məntəqələrinə cəlb ediləcək. 

Bizim.Media xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva bu barədə Qurban bayramı ilə əlaqədar keçirilən brifinqdə məlumat verib. 

Onun dediyinə görə, qanunsuz fəaliyyət göstərən 42 heyvan satışı məntəqəsi aşkarlanaraq ləğv edilib. Həmin məntəqələrdən 32-ü Bakıda, 2-si Sumqayıtda, 8-i isə Xaçmazda aşkarlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO