Hacı Şahin ad gününü Kərbəlada qeyd edir – Özəl gündə ÖZƏL SÖHBƏT       

Hazırda oxunan: Hacı Şahin ad gününü Kərbəlada qeyd edir – Özəl gündə ÖZƏL SÖHBƏT       

82810

Bu gün azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahinin doğum günüdür. 

Özəl günündə Bizim.Media-ya açıqlama verən Hacı Şahin söyləyib ki, hazırda ailəsi ilə birlikdə Kərbəla ziyarətindədir.

“Hər şey təsadüfən alındı. Biz hazırda ailəmlə birlikdə müqəddəs Kərbəla ziyarətindəyik. Mən ümumiyyətlə, heç zaman ad günümü xüsusi qeyd etməmişəm. Adətən bu günü ailəmlə birlikdə keçirmişəm. Bəzən dostlarım ad günümdə məni açdıqları halal süfrələrə dəvət ediblər və mən də, onları qırmayıb iştirak etmişəm”.

Hacı Şahin açıqlamsı zamanı dində ad gününün necə keçirilməsi ilə bağlı olan suallara da aydınlıq gətirib:

“Dinimizdə doğum gününü qeyd etməklə bağlı ənənə yoxdur. Amma din bunu qadağan da etmir. Sadəcə, dinimizin qaydalarına əməl etməliyik. Doğum günündə israfçılıq və təmtərah olmamalıdır. Amma dində doğum günündə səni kiminsə təbrik etməsi ilə bağlı heç bir qadağa yoxdur”.

Musiqi ifaları ilə ad günlərinin keçirilməsinə gəlincə, Hacı Şahinin sözlərinə görə, islam dinində musiqi ilə bağlı müxtəlif fikirlər yer alır.

“Musiqi haqqında din alimlərinin fikirləri müxtəlifdir. Bəzi mənbələrdə dinin musiqini tam qadağan etdiyi göstərilir, amma alimlər arasında musiqi dinləməyi məqbul bilənlər də var. Müsəlmanın dinlədiyi musiqi insanlara reallıqı unutdurub günaha dəvət edən musiqilər olmamalıdır. Bayağı musiqilər dinləmək və bunu içki içərək reallaşdırmaq qəti qadağandır. Musiqi insani və mənəvi dəyərlərə zidd olmazsa, din onu qadağan etmir”.

Doğum günündə özünə etdiyi arzulardan da söz açan din xadimi bildirib ki, artıq arzularından bəzilərini reallaşdırıb:
 

“Həmişə Qarabağımızın azad olunmasını və xalqımızın sülh və firavan şəkildə yaşamasını arzu edirdim. Şükürlər olsun ki, Ali Baş Komandanın qətiyyəti və ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.


İndi isə ümumi arzularım var. İnsan həyata bir dəfə gəlir və ona ayrılan ömrü məhsuldar yaşamaq istəyir. Özüm üçün arzuladığım əsas məqam odur ki, mənim üçün ayrılan ömrdən maksimum faydalana bilim. İnsanın potensialı onu hara qədər yüksəldə bilirsə, məhz ora kimi yüksəlməyi mənəvi baxımdan həmişə özümə arzu etmişəm. Zahiri uğurlar nisbidir. Əsas odur ki, insan mənəvi baxımdan irəliləsin və inkişaf etsin. Mən özümə ömür payımı başqa insanlara faydalı şəkildə yaşamağı arzu edirəm”.

Biz də, Bizim.Media olaraq dəyərli din xadimi Hacı Şahini təbrik edir, sağlam və firəvan yaşam arzu edirik.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO