Qazaxda 10 yaşlı uşağı avtomobil vurdu

Qazaxda 10 yaşlı uşağı avtomobil vurdu

Hazırda oxunan: Qazaxda 10 yaşlı uşağı avtomobil vurdu
81785
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazax rayonunda qəza olub, avtomobil azyaşlını xəstəxanalıq edib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.  

Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Yeganə Heydərlini vurub. Hadisə yerinə dərhal təcili-tibbi yardım briqadası çağırılıb və yaralı onların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.  

Həkimlər xəsarət alan 10 yaşlı qızı müayinə ediblər və ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. 

Yaralıya ilkin tibbi yardım göstərilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO