
- A-
- A
- A+
Cəmiyyət
12:14 / 28.06.2022
“Müharibə veteranlarına ödənilən müavinətin həcminə baxılacaq” – Sahil Babayev
Hazırda oxunan: “Müharibə veteranlarına ödənilən müavinətin həcminə baxılacaq” – Sahil Babayev
81301
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Müharibə veteranlarına ödənilən müavinətin məbləği 2 il öncə 50%-dən çox artırıldı. Biz düşünürük ki, sosial ödənişlər islahatlarının daimi tərkib hissəsi kimi müavinətlərin həcminin artırılması məsələsinə də baxılacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında səsləndirib.
“Onların daha çox məşğulluqla təmin olunmasına diqqət yetiriləcək. Onların çoxu gəncdir. Məşğulluq marafonuna və ümumi işə düzəltmə çərçivəsində 7 min veteran işə düzəldilib, 8 mini isə özünüməşğulluq proqramlarına cəlb edilib”, - deyə Sahil Babayev əlavə edib.
Murad Əhmədov, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































