“Müəllimlər 15 gün boş-bekar oturub maaş alırlar” – Fazil Mustafa  

“Müəllimlər 15 gün boş-bekar oturub maaş alırlar” – Fazil Mustafa  

Hazırda oxunan: “Müəllimlər 15 gün boş-bekar oturub maaş alırlar” – Fazil Mustafa  

80437

“Dərslərin 1 sentyabrda başlamasını onunla əsaslandırmışam ki, avqustun 21-də müəllimlərin məzuniyyət dövrü bitir. Müəllimlər sentyabrın 15-ə qədər maaş alırlar. Azərbaycan müəlliminə nə qədər maaş versək azdır. Amma sentyabrın 1-dən bu maaşı versək, daha yaxşı olmazmı? Elə dərs dedikləri dövrün maaşını alsınlar”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri “2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zaman millət vəkili Fazil Mustafa səsləndirib.  

“Bizdə əsaslandırırlar ki, sentyabrın 15-nə qədər havalar isti olur. Bu zehniyyətdə olan adamları Afrikada hansısa ölkəyə nazir olmağa göndərsəniz, onlar Afrikada tədrisi ümumiyyətlə qadağan edərlər ki, hava həmişə istidir.  
Ona görə də, mən həm də büdcə vəsaitlərinin səmərəli xərclənməsi üçün bu təklifi vermişəm. Müəllimlər sentyabrın 1-dən məktəbə gedir, 15-nə kimi guya hazırlıq görür, amma boş-bekar oturub, maaş alırlar. Qoy elə dərs deyib maaş alsınlar da”, - deyə Fazil Mustafa əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO