Şamaxı-Bakı yolunda qəzaya uğrayan avtobusdakı şagirdlərin təhsil aldığı 279 saylı məktəbin direktoru Südabə Abdullayeva hadisə ilə bağlı danışıb.
Bizim.Media xəbər verir ki, “Sputnik Azərbaycan”a danışan S.Abdullayeva bildirib ki, gəzinti istirahət günü təşkil olunduğundan hadisədən gecə saatlarında xəbər tutub:
“Mənə bu gəzinti barədə heç kəs məlumat verməyib. Sinfin müəllimini də valideynlər qonaq ediblər. Arzu müəllim də bu qəzada ciddi xəsarət alıb.
Əllərini avtobusun ön şüşəsinin qırıqları doğrayıb. Zərbədən uşaqlar və müəllim dərəyə yuvarlanıb. Burada əsas məsuliyyət turu təşkil edən şirkətdədir. Onlar qeyri-peşəkar tur təşkil etdiklərinə görə cavab verməlidirlər. Biz Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə hadisə baş verən andan uşaqların yanındayıq”.
S.Abdullayeva qeyd edib ki, uşaqlar üçün gəzintini təşkil edən şirkət “Empaty Travel” turizm şirkətidir.
“Empaty Travel” şirkətindən isə suallara cavab verən olmayıb.
13.06 ***
Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən 2 nəfər hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində müalicə alır.
Bizim.Media xəbər verir ki, vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, incik sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat olunacaq.
Vəziyyəti orta ağır qiymətləndirilərək dövlət tibb müəssisəsinə gətirilən və daha sonra yaxınlarının və tur təşkilatçılarının istəyi ilə özəl tibb müəssiəsinə aparılan 2 vətəndaşdan 1 nəfər yenidən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsinə gətirilib.
Ona bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı diaqnozu qoyulub.
Digər 1 nəfər isə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu ilə paytaxtda yerləşən özəl tibb müəssisəsində müalicəsini davam etdirir.
Qeyd edək ki, xəsarət alanlar dövlət tibb müəssisələrindən özəl tibb müəssisələrinə yaxınlarının və tur təşkilatçılarının nümayəndələrinin istəkləri ilə aparılıb.
Təşkilatçıların nümayəndələri özəl tibb müəssisəsi ilə müqavilələri olduğunu əsas gətirərək, belə bir addım atıb. Bir daha vurğulayırıq ki, Kütləvi İnformasiya Vasitələrində yayılan görüntülərdəki insident TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində qeydə alınmayıb. Xəsarət alanların müalicəsi TƏBİB rəhbərliyinin nəzarətindədir.
***
Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.
2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib.
Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.
08.39***
Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu yol qəzasına düşüb. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə Qəbələdən Bakı istiqamətində hərəkətdə olan avtobus Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Acıdərə adlanan ərazisində keçən hissəsində qəzaya uğrayıb.
Dəmir məhəccərə çırpılan avtobusdan bir neçə sərnişin yolun kənarına düşüb.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həmçinin təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstəriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:08 / 13.06.2022
Şamaxıdakı qəza ilə bağlı yeni detallar: Avtobus bu şirkətə məxsus imiş – YENİLƏNİB
Hazırda oxunan: Şamaxıdakı qəza ilə bağlı yeni detallar: Avtobus bu şirkətə məxsus imiş – YENİLƏNİB
Hazırda oxunan: Şamaxıdakı qəza ilə bağlı yeni detallar: Avtobus bu şirkətə məxsus imiş – YENİLƏNİB
78944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.