Gəncədə qeyri-adi velosipedçi- FOTO

Gəncədə qeyri-adi velosipedçi- FOTO

Hazırda oxunan: Gəncədə qeyri-adi velosipedçi- FOTO

78017
Həvəskar velosipedçi Şahin Məmmədov idmansevərlərin diqqətini cəlb etməkdə davam edir.

Ötən il velosipedi üzüarxaya sürməklə yaddaşlarda qalan Ş.Məmmədov ilk dəfə reallaşdırdığı veloyürüşdə 7 km məsafəni qət etmişdi.

Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı bu dəfə daha çətin sınaq qarşısındadır. O, indi 348 km məsafəni geridə qoymaq əzmindədir.

Polis çavusu velosipedin oturacaq yerini çıxararaq Gəncə qapılarının yanından start götürməklə Bakıya doğru yola düşüb. Onun hazırkı məqsədi nəqliyyat vasitəsini üzüarxaya sürməklə uzun məsafədə dünya rekordu qırmaqdır.

Qeyd edək ki, 12 yaşından idmanla məşğul olan Ş.Məmmədov dəfərlərlə Daxili İşlər Nazirliyi tərəfindən keçirilən yarışlarda fərqlənib, çoxnövçülükdə Azərbaycan çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO