Nazirlər Kabineti "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib.
Bizim.Media-nın xəbərinə görə, indiyə qədər qüvvədə olan qərara əsasən, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan- Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərə) təsdiq olunmuş uçuş tarifi üzrə 20 manat (aeroportda hava gəmisinə xidmət xərcləri və digər əlavə xərclər nəzərə alınmaqla) məbləğində güzəşt edilib.
Dəyişikliyə əsasən, bu güzəşt 20 manatdan 10 manata endirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:00 / 06.06.2022
Bakı-Naxçıvan-Bakı aviareyslərinə güzəşt azaldıldı - 10 MANAT
Hazırda oxunan: Bakı-Naxçıvan-Bakı aviareyslərinə güzəşt azaldıldı - 10 MANAT
Hazırda oxunan: Bakı-Naxçıvan-Bakı aviareyslərinə güzəşt azaldıldı - 10 MANAT
77983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.