Nəcməddin Sadıkovun “sağ əli”nə yeni İTTİHAM - Külli miqdarda rüşvət... 

Nəcməddin Sadıkovun “sağ əli”nə yeni İTTİHAM - Külli miqdarda rüşvət... 

Hazırda oxunan: Nəcməddin Sadıkovun “sağ əli”nə yeni İTTİHAM - Külli miqdarda rüşvət... 

77939

Bir neçə gün öncə həbs edilən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində ittihama yeni maddələr əlavə edilib. 

Bizim.Media xəbər verir ki, onun Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq təkrar rüşvət aldığı məlum olub.  

Qeyd edək ki, həbs olunduqdan sonra səhhətində problem yarandığı deyilən Z.Niftəliyev Pentensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. 

Xatırladaq ki, Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun “sağ əli” sayına Niftəliyevin əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların xidməti yerdəyişmələrini təşkil etdiyi və s. cinayətlər törətdiyi məlum olmuşdu.
Z.Niftəliyev daha öncə dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2) olunurdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO