27 yaşı qeyd edilən Salyanın qəhrəman oğlunun xatirəsi anıldı - FOTO 

Hazırda oxunan: 27 yaşı qeyd edilən Salyanın qəhrəman oğlunun xatirəsi anıldı - FOTO 

77929

Azərbaycan torpaqlarının erməni işğalından azad olunması uğrunda gedən 44 günlük Vətən Müharibəsində igidliklə döyüşüb, qəhrəmancasına şəhid olan oğullarımızdan biri də Salyanın qəhrəman oğlu Famil Camalzadədir.

Yaşasaydı, bu gün 27 yaşını qeyd edəcəkdi. İndi doğmaları onun ikinci şəhadət gününü qeyd edirlər.

Bizim.Media xəbər verir ki, Camalzadə Famil Hicran oğlu 6 iyun 1995-ci ildə Salyan rayon Xurşud kəndində dünyaya göz açıb.

İki bacının bir qardaşı olan Famil uşaq yaşlarından vətənpərvərliyi ilə diqqətini cəlb edib. 2016-cı ilin yanvarın 15-də həqiqi hərbi xidmətə çağrılıb. Əsgərlik illərində nizam-intizama riayət edən, nümunəvi əsgər olaraq, təltifnamələrə layiq görülüb.
İkinci Qarabağ Müharibəsi başlayanda Famil Camalzadə könüllü olaraq ordu sıralarına yazılıb. Sentyabrın 27-dən Füzuli istiqamətində döyüşlərə qatılıb. Alxanlı, Qaraxanbəyli postlarının alınmasında xüsusi şücaət göstərib.

Anası Məryəm Camalova deyir ki, oğlum tez-tez yuxularıma girir: “Deyir ki, yerim çox gözəldir ana! Məndən yana heç narahat olmayın”.

Ana deyir ki, oğlu uşaqlıqdan vətənpərvər ruhda böyümüşdü. Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri eştdikcə, ermənilərdən qisas almaq ümidi ilə yaşayırdı. Elə ona görə də müharibə başlayanda ordu sıralarına yazıldı. Göz yaşlarını kiprikləri arasında gizlətməyə çalışan ana oğlu ilə fəxr etdiyini dilə gətirir. 

“Bu gün oğlumun cənnətdə ikinci mövlududur. Övladımla fəxr edirəm. Qürur duyuram ki, vətən üçün belə bir oğul yetişdirmişəm. Famil Camalzadə qisas eşqi ilə oktyabrın 8-ə kimi düşmənlə rəşadətlə döyüşür.  

Lakin 8-dən 9-na keçın gecə düşmənin əks hücumunun qarşısının alındığı döyüşdə qəhramancasına şəhid olur.  

Qeyd edək ki, F.Camalzadə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin və Şuşanın azad olunmasına görə”,"İgidliyə görə" medalları ilə təltif olunub.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO