Tədbirdə iştirak edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov, “ N ”x9d saylı Şəmkir Hərbi Birləşməsinin komandiri, Milli Qəhraman, General Leytenant Rövşən Əkbərov, rayonun hüquq mühafizə orqanlarının və idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri, 1941-1945-ci il II Dünya Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşdur. Tədbirin rəsmi hissəsində çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov müharibə veteranlarının keçdiyi ağır döyüş yolundan söz açmış, faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanlıların xüsusi qəhrəmanlığını vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Ümummilli Lider Heydər Əliyevin müharibə veteranlarına hər zaman göstərdiyi xüsusi diqqət və qayğı bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Çıxış edən digər natiqlər II Dünya müharibəsində gedən ağır döyüşlərdə Azərbaycanlıların sücaətlərindən geniş söz açmışdır. Tədbir bədii hissə ilə davam etdirilərək, Müharibə Veteranları üçün konsert proqramı təşkil edilmişdir.

- A-
- A
- A+
Cəmiyyət
17:37 / 09.05.2015
Milli qəhrəman Rövşən Əkbərov Şəmkirdə bayram tədbirində... - FOTO
Hazırda oxunan: Milli qəhrəman Rövşən Əkbərov Şəmkirdə bayram tədbirində... - FOTO
Hazırda oxunan: Milli qəhrəman Rövşən Əkbərov Şəmkirdə bayram tədbirində... - FOTO
77388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































