Təhsil naziri festivalda qalib gələn şagird və tələbələri təbrik etdi - FOTO

Hazırda oxunan: Təhsil naziri festivalda qalib gələn şagird və tələbələri təbrik etdi - FOTO

76700

Azərbaycanın təhsil naziri Emin Əmrullayev “TEKNOFEST Azərbaycan” festivalında qalib gələn azərbaycanlı şagird və tələbələri təbrik edib.

Bizim.Media xəbər verir ki, nazir bu barədə Tvitter hesabında yazıb.

“TEKNOFEST-də qalib gələn bütün şagird və tələbələrimizi təbrik edirəm. Bu nüfuzlu müsabiqənin qalibi olmaq, dövlət başçıları tərəfindən mükafatlandırılmaq gənclərimizi gələcəkdə daha da böyük uğurlara imza atmaları üçün onları və minlərlə digərlərini həvəsləndirəcək”.

Nazir bildirib ki, qaliblər arasında Peşə Təhsili Mərkəzinin (Baku Stark komandası) tələbələrinin də olması onu çox sevindirib: “Bu qələbə peşə təhsilinin də uğura aparan yol olduğunu sübut edir. Peşə təhsili sahəsində son illərdə görülən işlərin ilk bəhrələrini görmək çox qürurverici oldu”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO