"TEKNOFEST Azərbaycan” üçün dünən alınan biletlər bu gün də keçərlidir - RƏSMİ

Hazırda oxunan: "TEKNOFEST Azərbaycan” üçün dünən alınan biletlər bu gün də keçərlidir - RƏSMİ

76688

Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına vətəndaşların böyük marağı və çoxsaylı istəkləri nəzərə alınaraq 29 mayda festivalda iştirak üçün daha 20 min bilet aktiv edilib.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, vətəndaşlar iticket.az saytında qeydiyyatdan keçərək festivalın tamaşaçısı ola bilərlər.

"Eyni zamanda vətəndaşların nəzərinə çatdırırıq ki, 28 mayda Müstəqillik Günü ilə əlaqədar festivalın proqramında müəyyən dəyişikliklər edilmiş və vaxt məhdudiyyəti tətbiq olunmuşdu. Bu səbəbdən 28 may tarixinə bilet əldə etmiş, lakin festivala gələ bilməmiş vətəndaşların "TEKNOFEST Azərbaycan"la ətraflı tanış olmasını təmin etmək məqsədilə həmin biletlər 29 mayda da festivala giriş üçün keçərli olacaq", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO