Gədəbəydə 2 \"VAZ\" avtomobili toqquşdu - 2 nəfər xəsarət aldı

Hazırda oxunan: Gədəbəydə 2 \"VAZ\" avtomobili toqquşdu - 2 nəfər xəsarət aldı

76684

Gədəbəydə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Arıqdam kənd ərazisində hərəkətdə olan  iki "VAZ" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1986-cı il təvəllüdlü R.Ələkbərov və digər avtomobilin sürücüsü Ş. Məmmədov xəsarət alıb.

Hadisə yerinə DYP və tibbi yardım briqadası cəlb olunub. Yaralananlardan R.Ələkbərov xəstəxanaya çatdırılıb. Digər sürücüyə isə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO