Goranboyda eradan əvvələ aid insan skeletləri tapıldı - FOTO

Hazırda oxunan: Goranboyda eradan əvvələ aid insan skeletləri tapıldı - FOTO

76656

Goranboyda aparılan arxeloji qazıntılardan sonra Müxtəlif rəngli muncuqlar, saxsı qablar, fərqli formalı insan skeletləri tapıntılar üzə çıxıb.  

Bizim.Media-nın məlumatına görə, eradan əvvəl IX-VIII əsrlərə təsadüf edən nekropol Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpədə aşkarlanıb. 

AMEA-nın Naftalan-Goranboy arxeloji ekspedisiyasının qazıntılar apardığı Muncuqlutəpə nekropolunun yerləşdiyi ərazi 1 hektardan artıqdır. 

Son tunc və erkən dəmir dövrünə aid olan nekropolda bu günə qədər 19 qəbirdə arxeoloji qazıntı işləri aparılıb. Düzbucaqlı və oval formalarda hazırlanmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə dəfn edilib. Burada qəbirlərin sıx olması daha çox diqqət çəkir.

AMEA-nın Naftalan-Goranboy arxeloji ekspedisiyasının rəisi Müzəffər Hüseynovun verdiyi məlumata görə, Tatarlı kəndi ərazisində yerləşən nekrapol Xocalı-Gədəbəy mədəniyyətinin son dövrü, erkən dəmir dövrünə aiddir. Antropolqlar bu nekropolun digərlərindən fərqləndiyini, qəbirlərin standart olmadığını bildirirlər.

Qeyd edək ki, Goranboy rayonu ərazisində yerləşən Muncuqlutəpə nekropolunda qazıntı işləri davam etdirilir. Oradan aşkar edilən maddi mədəniyyət nümünələri labarator şəraitdə tədqiq olunacaq və müəyyən nümünələr xarici ölkələrə göndəriləcək.

Ehtiram Muradov, Bizim.Media - Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO