Azərbaycanda nəhəng su anbarında sızma baş verdi - ÖZƏL/FOTO

Hazırda oxunan: Azərbaycanda nəhəng su anbarında sızma baş verdi - ÖZƏL/FOTO

76648

Xaçın su anbarındakı bəndlərin bəzi hissələrində sızma qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, son günlər havanın yağmurlu keçməsi çaylarda suyun səviyyəsinin artması ilə nəticələnib.

Yağıntılardan əvvəlki quraqlıqdan əsər-əlamət qalmayıb. Hətta işğaldan azad edilmiş ərazilərdə yerləşən su anbarları demək olar ki, tam doldurulub. Bu isə özlüyündə bir neçə problemin mövcudluğunu ortaya çıxarıb. 

Ağdam rayonu ərazisində yerləşən Xaçın su anbarı uzun illərdir işğal altında olduğu üçün aidiyyatı qurumlar anbara texniki qulluq göstərə bilməyib. Lakin anbarın tam dolması zamanı Ağdam Mexaniki Suvarma İdarəsinin mütəxəssisləri bənd və digər qurğulara baxış keçirib.

Məlum olub ki, baxımsız vəziyyətdə qalan anbarın bəndlərində su sızmaları var. Ancaq mütəxəssislər problemin çox ciddi təhlükə yaratma ehtimalının olmadığını və nasazlığın aradan qaldırılması istiqamətində fasiləsiz işlər apardığını bildirib. 

Qeyd edək ki, Xaçın su anbarı 1964-cü ildə istifadəyə verilib. Xaçınçay çayı üzərində yerləşən hövzə 23 miln kubmetr həcmində su tutur. Bura tam dolduğu üçün artıq sular bunkerlər vasitəsi ilə çay yatağına buraxılır. Həmin sulardan isə Qərvənd, Xındırıstan va Quzanlı kəndlərinin suvarılması işlərinə sərf edilir. 

Bundan başqa, Ağdam Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, Xaçınçayın daşması heç bir fəsada yol açmayıb. Suyun ötürülməsi və kanallara paylanması işləri hazırda da davam edir.

Elgün Gəncimsoy, Bizim.Media - Qarabağ bürosu





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO