Füzulidə qəhrəmanlıqla şəhid olan Mehman Qəmbərovun xatirəsi anıldı – FOTO  

Hazırda oxunan: Füzulidə qəhrəmanlıqla şəhid olan Mehman Qəmbərovun xatirəsi anıldı – FOTO  

76466

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qəmbərovun anım tədbiri keçirilib. Bərdə Şəhidlər Xiyabanında baş tutan mərasimdə Ağdam və Bərdə ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, həmçinin şəhidin doğmaları iştirak edib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərasim hərbi orkestrin dövlət himni səsləndirməsi ilə başlayıb.  

Çıxış edənlər şəhid zabitin xidməti dövründə keçdiyi döyüş yolundan, onun vətənə bağlılığını təcəssüm etdirən xatirələrdən danışılıb.  

Şəhidin on yaşlı oğlu Ceyhan Qəmbərov atası ilə fəxr etdiyini, böyüyəndə onun müqəddəs peşəsini davam etdirəcəyini dilə gətirib:  

"Mən Mehman Qəmbərovun oğluyam. Atam zabit idi. Mən onunla fəxr edirəm. Gələcəkdə zabit olub atam kimi Vətənin keşiyini çəkəcəm".  

Şəhid bacısı Xatirə Rüstəmova isə doğulduğu Ağdam rayonunun Maqsudlu kəndindən Mehmanla əl-ələ tutub çıxdığını xatırlayıb:  

“Onunla fəxr edirəm. Kəndimiz işğal ediləndə beş yaşım vardı. O kənddən Mehmanla əl-ələ tutub çıxmışıq. Bu gün çox qürurluyam ki, kənddə çıxan həmin uşaq böyüyüb qisas aldı - torpaqların azad edilməsində canından keçdi. Bilmirəm, hisslərimi necə ifadə edim? Kəndimizə qayıtmaq nə qədər qürurlu olsa da, o qədər də kədərli olacaq. Mehmansız kəndə necə qayıdacağam?"  

Şəhidin xanımı Xuraman Qəmbərova isə hər zaman həyat yoldaşı ilə qürur duyduğunu, onun yadigar qalan iki oğul övladını atalarının adına layiq şəkildə böyüdəcəyini bildirib.  

Qeyd edək ki, Mehman Nəriman oğlu Qəmbərov 1981-ci ildə Ağdam rayonun Maqsudlu kəndində doğulub. Kənd erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ailə məcburi köçkün kimi Bərdə rayonu ərazisində məskunlaşıb.

O, orta məktəbi bitirdikdən sonra hərbi məktəbə qəbul olub.  

24 il silahlı qüvvələrin müxtəlif ön xətt bölmələrində qüsursuz xidmət edib. 44 günlük Vətən Müharibəsi zamanı cəbhənin Füzuli istiqamətində şəhid olub. Azərbaycan Prezidentinin müvafiq sənəncamları ilə M.Qəmbərov ölümündən sonra "Qarabağ ordeni", "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib. 

Bizim.Media



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO