Fazil Mustafa aviabiletlərin baha olmasının yaratdığı problemləri açıqladı

Hazırda oxunan: Fazil Mustafa aviabiletlərin baha olmasının yaratdığı problemləri açıqladı

76449

“Azad iqtisadi zona iqtisadiyyatımıza açılmış nəfəslikdir. Əgər biz ondan doğru istifadə edə bilməsək, iqtisadiyyatımızın inkişafında ciddi problemlər olacaq”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası başladı


Deputat qeyd edib ki, Ələt azad iqitisadi zonası vasitəsilə digər sferada olan əsas iqtisadiyyatımızın təməl şərtlərinin dəyişməsinə fürsət verəcək:  

“AİZ-də hərəkət və canlanma bütün iqtisadiyyatımıza ciddi təsir göstərəck. Digər tərəfdən, sorğulara baxsaq görə bilərik ki, rusiyalı turistlər Azərbaycandan çox digər ölkələri seçirlər. Əsas səbəblərdən biri də təyyarə biletlərinin bahalığı ilə bağlıdır. Biz inhisarçılıqla bağlı problemləri həll edə bilmədiyimiz üçün bu məsələlər ortaya çıxır. Ələt AİZ-ə isə düşünürəm ki, istənilən səviyyədə səlahiyyətlər verilməlidir”.  

Deputat oxşar AİZ-lərin digər bölgələrimizdə yaradılmasının vacibliyini də diqqətə çatdırıb.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO