“Yüzlərlə insanın orqan transplantasiyasına ehtiyacı var” – Razi Nurullayev  

Hazırda oxunan: “Yüzlərlə insanın orqan transplantasiyasına ehtiyacı var” – Razi Nurullayev  

76433

“20 oktyabr 2020-ci il tarixdə Milli Məclis tərəfindən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun ona görə vacibdir ki, orqanlara ehtiyacı olan insanlara həyat bəxş edək”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası başladı


O bildirib ki, bu sahədə qanunsuzluqlara və cinayətlərə son qoymağa çalışaq:  

“Müraciətlərdən bilirəm ki, yüzlərlə insanın orqan plantasiyasına ehiyacı var. Hətta orqan plantasiyasını onilliklərlə gözləyən vətəndaş var ki, Allah hələ də yaşamasına imkan verir”.  

“Belə başa düşürəm ki, qanun qəbul olunandan bəri bizdə xeyli orqan bazası toplanmalı və ehtiyacı olanlara verilməli idi. Amma görünən budur ki, deyəsən məsələnin həll olunmasında ciddi çətinlik var. Bu çətinliyin mahiyyəti barədə məlumat verilməsini istərdim.  

Avtoqəzaya düşənlər var, könüllü orqan vermək istəyənlər, vəsiyyət edənlər və sairə da var. Ola bilsin ki, maarifləndirmə sarıdan çətinlik var.

Elə bilirəm ki, əgər sosial şəbəklər və televiziyalar üzərindən təbliğat və maarifləndirmə aparılsa, ay ərzində yüzlərlə insan könüllü orqan bağışlamaq barədə ərizə yazar”, - deyə deputat əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO