
- A-
- A
- A+
11 il əvvəl anasını boğaraq öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA
Şabrandan 11 il əvvəl anasını öldürməkdə təqsirləndirilən Elvin Dadaşovun barəsində ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəhmin Hümmətovun icraatına verilib.
Qeyd edək ki, qətl 2011-ci ildə Şabran rayonda baş verib. Rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyeva oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov tərəfindən qəsdən öldürülüb. Qətlin üstü bu il açılıb.
Elvin Dadaşov Şabran rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onun meyitini həyətdə basdırdığını etiraf edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































