Vüqar Səfərli ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

Hazırda oxunan: Vüqar Səfərli ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

75759

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bizim.Media xəbər verir ki, sabiq fond rəhbəri saxlandığı Pentensiar Xidmətin Müalicə müəssisəsindən ciddi rejimli cəzaçəkmə müəssisəsinə etap olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərli kassasiya şikayəti verdi - Məhkəmə yaxın günlərdə olacaq


Qeyd edək ki, V. Səfərli Bakı İstintaqTəcridxanasından Müalicə müəssisəsinə köçürülmüşdü.
Xatırladaq ki, Vüqar Səfərli və onunla birgə ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılıb (apa).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO