“TEKNOFEST Azərbaycan” Festivalına hazırlıq yekunlaşır

Hazırda oxunan: “TEKNOFEST Azərbaycan” Festivalına hazırlıq yekunlaşır

75706

Mayın 26-29-da ölkəmizdə keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıqlar yekunlaşır.

Bizim.Media xəbər verir ki, tədbirin baş tutacağı “Baku Crystal Hall”un ərazisində şirkətlərin stendləri quraşdırılır.

Bildirilir ki, təhlükəsizlik tədbirləri çərçivəsində əraziyə Təcili Tibbi Yardım avtomobilləri və helikopterlər və yanğından mühafizə avadanlıqları gətirilib.

“TEKNOFEST Azərbaycan” Festivalının təşkilatçıları Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.
Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır. Bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir. 

Sammitdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.

Tədbirdə iştirak üçün 32 ölkədən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb. 

Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçiriləcək. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. 
İştirak üçün 188 müraciət (151-i Azərbaycandan, 57-i Türkiyədən) daxil olub. Finala Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla, 85 iştirakçı vəsiqə qazanıb. 

Qeyd edək ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və indiyədək 4 dəfə təşkil olunub. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO