Xameneyi: “İranın nüvə silahı mifini ABŞ uydurub”x9d

Xameneyi: “İranın nüvə silahı mifini ABŞ uydurub”x9d

Hazırda oxunan: Xameneyi: “İranın nüvə silahı mifini ABŞ uydurub”x9d

75703
İranın ali rəhbəri ayətullah Əli Xameneyi hərbi komandanlarla müşavirədə deyib ki, İranın nüvə silahı barədə “mif”x9di Tehranın dünyaya təhlükə olmasını göstərmək üçün ABŞ uydurub.

Bununla belə, müşahidəçilər bildirirlər ki, sərt ritorikasına baxmayaraq, Xameneyi Qərblə gələn həftə bərpa olunacaq nüvə danışıqlarına verdiyi dəstəyi geri çəkməyib.

“Xeyr, dünyaya təhlükə, haragəldi, sabitsizləşdirici müdaxilələri ilə ABŞ-ın özüdür”x9d - deyib ali rəhbər.

Təhlilçilər deyirlər ki, həm ABŞ, həm də İranda siyasi liderlər ölkə daxilində nüvə razılaşmasının əleyhinə olan mühafizəkarları arxayınlaşdırmağa çalışırlar.

İranla dünyanın 6 gücü arasında aparılan danışıqlarda yekun çərçivə barədə razılaşma əldə olunub, lakin fikir ixtilafları hələ də qalmaqdadır.

Yekun saziş iyun ayınadək imzalanmalıdır.

Mühafizəkarlar müqavimət göstərirlər

Bu arada qüdrətli İslam Keşikçiləri Korpusu komandanının müavini bəyan edib ki, nüvə proqramı ilə bağlı hərbi obyektlərə Qərbin təftişlərinin keçirilməsinə yol verilməyəcək.

Hossein Salami bu məsələni heç “dilə gətirməməyi”x9d məsləhət görüb.

ABŞ-da respublikaçıların prezidentliyə namizədlərindən Marco Rubio deyib ki, İranla razılaşmada açıq qalan çoxsaylı suallar var.

Bütün bunlar rəsmi Tehran və rəsmi Vaşinqtonun öz ölkələrində üzləşdikləri müqaviməti göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO