Xızıda tapılan MƏZARLIQ – Sirlərlə dolu qəbir daşları... - FOTO

Hazırda oxunan: Xızıda tapılan MƏZARLIQ – Sirlərlə dolu qəbir daşları... - FOTO

75694

Xızı rayonunun Baxşılı kəndi yaxınlığında, meşəli təpənin üzərində yerləşən köhnə məzarlıq el arasında "Sündü qəbristanlığı" kimi tanınır.

Qədim məzarlıq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin əməkdaşları tərəfindən ərazidə yerli sakinlərlə aparılan söhbət və araşdırmadan sonra tapılıb.  

Qurumun Şabran regional idarəsinin rəisi Sabit Qurbanov Bizim.Media-ya özəl məlumat verib ki, bəzi sakinlər qəbristanlığıın "Sündü"adlandırılmasını bir zamanlar burada sünnilərin yaşaması ilə izah ediblər: 
 

MÖVZU İLƏ BAĞLI:

Xızıda orta əsrlərə aid qala qalıqları tapıldı – ÖZƏL/FOTO


“Bəziləri isə bunu Qobustan rayonunda yerləşən Sündü kəndi ilə əlaqələndirir. Məzarlıqda yer alan qədim məzar daşları stilistikasına və üzərlərindəki təsvirlərə görə, Qəbələnin Xəzrə kəndində yerləşən orta əsrlərə aid məzar daşlarını xatırladır.

İstənilən halda Xızıdakı "Sündü qəbristanlığı"nın elmi və arxeoloji baxımdan tədqiq olunması vacibdir. Tapıntı ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Milli EA-nın Arxeologiya, Etnoqrafiya və Arxeologiya İnstitutuna rəsmi müraciət edəcək”.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO