Polis bu qadını axtarır - FOTO

Hazırda oxunan: Polis bu qadını axtarır - FOTO

75688

Tovuzdan Bakıya ARB telekanalına gedən şəxs itkin düşüb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov verib.

Onun sözlərinə görə, rayonun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.

"Sonuncu dəfə 82 yaşlı qadın ARB telekanalın inzibati binasının yaxınlığında görünüb. Onun hansı məqsədlə telekanala getməsi də hələ bəlli deyil.

Firuzə Yusifovanın boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub" - deyə Baş inspektor əlavə edib.
Polis əməkdaşları şəkildə gördüyünüz qadını tanıyanlardan və onun barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələrini xahiş edirlər.

*** 10:05

Tovuzdan ARB telekanalına gedən şəxs itkin düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu yayıb.

Bildirilib ki, rayonun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb.

Sonuncu dəfə onu həmin telekanalın inzibati binasının yaxınlığında görüblər.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO