Mikroavtobusun vurduğu piyada öldü - YENİLƏNİB

Hazırda oxunan: Mikroavtobusun vurduğu piyada öldü - YENİLƏNİB

75639

Bakı-Qazax avtomagistralında mikroavtobusun vurduğu piyada ölüb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu, 1992-ci il təvəllüdlü, Göyçay rayon sakini Tağızadə Nicat Qabil oğludur.

Xatırladaq ki, hadisə Bakı-Qazax avtomagistralının Ucar rayonunun inzibati hüdudlarında baş verib.


19.00

Bakı-Qazax avtomagistralında mikroavtobus piyadanı vurub.

Bizim.Media-nın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Ucar rayonunun inzibati hüdudlarında baş verib.

Kiçik tutumlu mikroavtobus yolu keçmək istəyən piyadanı vuraraq  ağır xəsarət yetirib.

Hadisə yerinə DYP və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO